...

Millət vəkili Aydın Mirzəzadə Mingəçevrdə seçicilərlə görüşəcək

Siyasət Materials 21 Fevral 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Milli Məclisdə Mingəçevir şəhərini təmsil edən millət vəkili Aydın Mirzəzadə fevralın 22-də seçiciləri ilə görüşəcək. Bu barədə Trend ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə məlumat verib. O qeyd edib ki, ayda bir dəfə seçicilərlə görüş keçirir.

"Mənim Mingəçevir şəhərində qəbul otağım və ictimai əsaslarla fəaliyyət göstərən köməkçim var. O, deputat kimi mənə müraciət etmək istəyən insanların siyahısını hazırlayır və onların hamısını qəbul edirəm. Mingəçevir şəhərinin televiziyası qəbul günü və saatı haqqında elan verir. Hər dəfə 100-120 şikayətçi qəbul edirəm. Eyni zamanda şəhərdəki kollektivlərdən biri ilə görüş keçirirəm", -deyə A.Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, əvvəlki dövrlərə nisbətən indi şikayətçilərin sayı azalıb. Mingəçevirlilərin əsas şikayətləri isə sosial-iqtisadi problemlərlə bağlıdır: "Elə şikayətlər olur ki, elə yerindəcə həll edirəm, digərlərinin həllini isə nəzarətdə saxlayıram. Elə hallarda olur ki,müraciətdə əks olunan məsələ deputat kimi mənim səlahiyyətimə aid olmur. Düzgün tərtib olunmayan və əsassız müraciətlər də olur".

Xəbər lenti

Xəbər lenti