...

YAP rəhbərliyi " Vətən harayı " abidəsini ziyarət edib

Siyasət Materials 26 Fevral 2007 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, deputat Əli Əhmədov İcra Katibliyinin kollektivi və partiyanın Bakı şəhər təşkilatlarının nümayəndələri Xocalı faciəsinin 15-ci ildönümü münasibətilə fevralın 24-də Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış "Vətən harayı" abidəsini ziyarət ediblər, abidənin önünə əklil qoyublar.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti