...

Azərbaycanın XİN başçısı Qazaxıstan prezidenti ilə görüşəcək

Siyasət Materials 27 Fevral 2007 13:02 (UTC +04:00)
Azərbaycanın XİN başçısı Qazaxıstan prezidenti ilə görüşəcək

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edəcək. Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilovun verdiyi xəbərə görə, Azərbaycanın XİN başçısının Qazaxıstana rəsmi səfəri çərçivəsində həmçinin Qazaxıstanın baş naziri və parlament başçısı ilə də görüşlərin keçirilməsi planlaşdırılır. Görüşlər zamanı ikitərəfli, regional və beynəlxalq xarakterli aktual məsələlərin, eləcə də energetika əməkdaşlığının müzakirə edilməsi planlaşdırılır.

Günün birinci yarısında E.Məmmədyarov artıq Qazaxıstan həmkarı ilə görüşüb. Səfirin sözlərinə görə, nazirlər həm ikitərəfli xarakterli məsələlər, həm də regional və beynəlxalq əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar. İki ölkənin XİN başçıları həmçinin Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana gözlənilən rəsmi səfəri ilə bağlı məsələləri də müzakirə ediblər və səfərin cari ilin yayında həyata keçirilməsinə dair razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti