Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Gəncə avtomobil zavodu 382 traktorun tədarükü üçün Agrolizing ASC ilə müqavilə bağlayıb. Bu barədə çərşənbə günü Gənzə zavodunun başçısı Xanlar Fətiyev məlumat verib. Bütün traktorlar 2007-ci il ərzində tədarük olunacaqlar.
Yaxın günlərdə Azərbaycana Minsk traktor və avtomobil zavodlarından ("MAZ") ilk komplektləşdiricilər gələcək. Bütün yığılan traktorlar Agrolizing şirkətinə veriləcək.
Azərbaycanda bu müəssisələrin istehsalı olan yük avtomobilləri və traktorların bütün qammasının yığılması və satışı üçün müqavilə 2006-cı ildə Minskdə imzalanıb.
Avtomobillərin 15 min kvadrat metr sahəli ərazidə yığılmağa başlanması nəzərdə tutulub. Traktor zavodu 500, avtomobil zavodu isə 400-ə qədər məhsul modifikasiyası buraxır. Gəncə zavodu Azərbaycanda ildə 1000-ə qədər yük maşını və 1200-1500 traktor buraxmağa qadirdir. Müəssisədə artıq Çinin Cangan şirkətinin avtomobilləri yığılır.
Agrolizing ASC Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən 23 oktyabr 2004-cü il tarixində yaradılıb. Müəssisənin fəaliyyəti yerli torpaq sahiblərinə müxtəlif kənd təsərrüfatı texnikasının lizinq yolu ilə verilməsi ilə ölkədə aqrar sahənin yaxşılaşdırılmasına və sahibkarlığın dəstəklənməsinə yönəldilib.