...

YAP Tərtər rayon təşkilatının konfransı keçirilib

Siyasət Materials 5 Mart 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının VII konfransı keçirilib. YAP mətbuat xidmətindən verilən məlumata görə, konfransda Tərtər rayon təşkilatının sədri Karrar Bayramov hesabat məruzəsi ilə çıxış edib.YAP Siyasi Şurasının üzvü, MM-in deputatı Aydın Mirzəzadə və YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə konfransda iştirak ediblər. Konfrans nümayəndələri rayon təşkilatının 45 nəfərdən ibarət şurasını, 15 nəfər tərkibdə idarə heyətini və 7 nəfərdən ibarət nəzarət təftiş qrupunu seçiblər. Şabanov Ramiz İsmayıl oğlu yekdilliklə YAP Tərtər rayon təşkilatının sədri vəzifəsinə seçilib.Konfransın sonunda Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevə müraciət qəbul edilib.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildi hakim partiya olan YAP-ın sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti