Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) Naxçıvan, Yevlax və Tovuz Rayon Təşkilatlarının buraxılması barədə qərar qəbul edilib. Bu barədə ADP-dən məlumat verilib.
Martın 5-də ADP-nin 9-cu Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi Sərdar Cəlaloğlunun sədrliyi ilə özünün növbəti iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, partiyanın qurultaya hazırlıqla bağlı işləri haqda məlumatlar verilib. Bildirilib ki, Bakı şəhəri üzrə Rayon Təşkilatlarında Qurultaya hazırlıq işlərinə başlanılıb. 9-cu Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin qərarı ilə buraxılmış Nəsimi Rayon Təşkilatının yenidən bərpa olunduğu açıqlanıb.
Təşkilati məsələlərlə bağlı müzakirələr zamanı ADP-nin Naxçıvan, Yevlax və Tovuz Rayon Təşkilatlarının buraxılması və yenidən bərpa olunması üçün Təşkilat Komitəsinin müvafiq qurumlarına tapşırıqlar verilib.