...

Qənirə Paşayeva: "Bölgələrdə ünvanlı sosial yardımların verilməsində ciddi problemlər var"

Siyasət Materials 6 Mart 2007 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bölgələrdə aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsində ciddi problemlər var. Millət vəkili Qənirə Paşayeva bildirib ki, ünvanlı sosial yardımların verilməsi ilə bağlı qanunda dəyişiklik edilməsi vacibdir.

"Mənim deputat seçildiyim Tovuz rayonunda cəmi 350 ailə ünvanlı sosial yardım ala bilib. Bu da çox kiçik rəqəmdir. İnsanların ünvanlı sosial yardım ala bilməmələri yaradılan bürokratik əngəllərlə bağlıdır. Burada çoxlu sənədləşmə işləri tələb olunur. Bu da əhalinin savadsız təbəqəsi üçün ciddi problemlər yaradır", -deyə deputat qeyd edib.

Q.Paşayeva deyib ki, sənədlərində yanlış bir məlumat aşkar edilən ailələr 2 il ünvanlı sosial yardım almaqdan məhrum olunurlar. Onun fikrincə, bu məsələ ilə bağlı maarifləndirmə lazımi səviyyədə aparılmadığına görə belə səhvlərə tez-tez rast gəlinir: "Bunu əsas götürüb bir ailəni 2 il ünvanlı sosial yardımdan məhrum etmək olmaz. Ona görə bu müddətin azaldılması vacibdir. Bu müddəti 6-4 aya qədər azaltmaq vacibdir."

Millət vəkili bildirib ki, bundan başqa, əgər ailədə əlil varsa, onun aldığı pensiya da ünvanlı sosial yardım kimi verilən pulun məbləğinə daxil edilir. Bu da düzgün deyil.Millət vəkili bildirib ki, bundan başqa, əgər ailədə əlil varsa, onun aldığı pensiya da ünvanlı sosial yardım kimi verilən pulun məbləğinə daxil edilir. Bu da düzgün deyil.

Xəbər lenti

Xəbər lenti