...

Zakir Həsənov: "Azərbaycanın Daxili Qoşunları dövlət və dövlətçilik naminə Ali Baş Komandanın əmr və göstərişlərini yerinə yetirməyə hazırdır"

Siyasət Materials 12 Mart 2007 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Martın 12-də Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının 15-ci ildönümüdür. Bu münasibətlə Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovun rəhbərliyi ilə Daxili Qoşunların şəxsi heyəti Fəxri Xiyabanda mərhum prezident Heydəe Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Həsənov jurnalistlərə açıqlamasında bilidirib ki, Daxili Qoşunların əsgərləri 1992-ci il martın 12-də Ermənistan ordusuna qarşı ilk döyüşlərdə iştirak edib. !995-ci ildə isə prezidentin fərmanı ilə martın 12-si Daxili Qoşunların yaranma günü kimi təsdiq olunub. Həsənov bir neçə gün öncə prezident tərəfindən Daxili Qoşunların 55 əməkdaşının yüksək dövlət mükafatlarına layiq görülməsini yüksək qiymətləndirib və qeyd edib ki, Daxili Qoşunlar dövlət və dövlətçilik naminə Ali Baş Komandanın əmr və göstərişlərini yerinə yetirməyə hazırdır: "Daxili Qoşunların maddi-texniki bazası çox yüksək səviyyədədir və Avropa standartlarına cavab verir. Bunu ölkəmizdə olan beynəlxalq mütəxəssislər də qeyd ediblər. Daxili Qoşunlara ən yüksək qiyməti isə Ali Baş Komandan İlham Əliyev verib. Prezident Daxili Qoşunların döyüş hazırlığını, təminatını yüksək qiymətləndirib".

Xəbər lenti

Xəbər lenti