...

AXCP sədri Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək

Siyasət Materials 17 Mart 2007 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ümümvətəndaşlıq pasportu almaq üçün Ali Məhkəməyə, sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək. Bu barədə AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib.

Nəsimi rayon məhkəməsi, sonra Apellyasiya Məhkəməsi AXCP sədrinin şikayətini təmin etməyib. Kərimlinin hüquqlarının təmin edilməsi üçün Avropa Məhkəməsinə şikayət hazırlanır. Lakin əvvəlcə yerli məhkəmə instansiyalarından sonuncusu olan Ali Məhkəməyə şikayət veriləcək.

Müxalifəti təmsil edən AXCP "Azadlıq" blokunun üzvüdür. Partiyanın sədri Ə.Kərimli 1992-93-cü illərdə dövlət katibi, 2005-ci ilə qədər millət vəkili olub.

Xəbər lenti

Xəbər lenti