...

Qazaxıstan baş nazirinin Azərbaycana səfəri aprelin birinci dekadasına təyin olunub

Siyasət Materials 19 Mart 2007 13:40 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Qazaxıstanın baş naziri Kərim Məsimovun Azərbaycana rəsmi səfəri aprel ayının birinci dekadasına təyin olunub. Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilovun məlumatına əsasən, səfər çərçivəsində iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri və ümumilikdə regional əməkdaşlıq ciddi şəkildə nəzərdən keçiriləcək.

Səfir qeyd edib ki, tərəflər Avrasiya məkanında əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Danışıqların yekununda əməkdaşlığın müxtəlif sahələrini əhatə edən bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub. Hazırda səfərin proqramı hazırlanır və sənədlərin layihələri razılaşdırılır, deyə səfir məlumat verib.

Baş nazir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Qazaxıstana bu yaxınlardakı səfəri çərçivəsində dəvət olunub. Qazaxıstanın Azərbaycandakı səfirliyinin məlumatına əsasən, Məsimovun səfəri Azərbaycanda yaxın gələcəkdə istifadəyə veriləcək taxıl terminalının açılışı ilə eyni vaxta təsadüf edir.

Xəbər lenti

Xəbər lenti