...

Azərbaycan və Belarus təxminən beş ikitərəfli sənəd imzalayacaq

Siyasət Materials 28 Mart 2007 13:21 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Belarusun baş naziri Sergey Sidorskinin Azərbaycana səfəri zamanı təxminən beş ikitərəfli sənədin imzalanması planlaşdırılıb. Belarusun Azərbaycandakı səfirliyindən verilən məlumata əsasən, Belarus hökumət başçısı və onu müşayiət edən hökumət üzvləri Bakıya günün ikinci yarısında gələcək.

Nümayəndə heyəti Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyanrət edəcək. Səfər çərçivəsində Nazirlər Kabinetində Azərbaycan-Belarus hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək, əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq. Səfər proqramına həmçinin Səngəçal terminalının ziyarəti, Bakı Biznes Mərkəzində kənd təsərrüfatı texnikası sərgisi və Fövqəladə Hallar Nazirliyinin radioaktiv tullantıların məhvi üzrə "İzotop" kombinatı ilə tanışlıq daxildir.

Xəbər lenti

Xəbər lenti