...

Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutan  qanun layihəsi hazırlanıb

Siyasət Materials 29 Mart 2007 20:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Regional məsələlər daimi  komissiyasının  martın 29-da keçirilən iclasında "Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi  haqqında" qanun layihəsi müzakirə olunub. Komissiyanın  sədri  Arif Rəhimzadə müzakirəyə daxil edilən "Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi  haqqında"  qanun layihəsi ilə komissiya  üzvlərini  tanış edib.

A.Rəhimzadə bildirib ki, qanun müvafiq icra hakimiyyəti orqanları tərəfindən  bələdiyyələrə yerli  əhəmiyyətli  məsələlərin  həlli üçün əlavə səlahiyyətlərin  verilməsini və bunun həyata  keçirilməsini  müəyyən edəcək. Qeyd olunub ki, müvafiq icra  strukturları bələdiyyə orqanlarına dövlət  mülkiyyətində olan  obyektlərin idarə olunması,  yaşayış fondu, qeyri-yaşayış binaları,  infrastruktur obyektlərinin  istismarı,  ictimai nəqliyyatın,  təsərrüfat  yollarının, təhsil,  mədəniyyət, səhiyyə, idman və bədən tərbiyəsi ilə bağlı sahələrin idarə olunması və inkişafı,  bələdiyyə  ərazisində  yerləşən tarixi abidələrin, park və qəbristanlıqların abadlaşdırılması, vətəndaşlıq  vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı müəyyən  səlahiyyətlər  verə bilər.

Komissiya üzvləri və mütəxəssislər sənədi ətraflı müzakirə edərək,  Milli Məclisə çıxarılmasını məqsədəuyğun hesab ediblər.

Xəbər lenti

Xəbər lenti