...

Azərbaycan prezidenti: Azərbaycan Polşa iə energetika sahəsində uğurla əməkdaşlıq edə bilər

Siyasət Materials 30 Mart 2007 21:57 (UTC +04:00)
Azərbaycan prezidenti: Azərbaycan Polşa iə energetika sahəsində uğurla əməkdaşlıq edə bilər

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/Azərbaycan Polşa iə energetika sahəsində uğurla əməkdaşlıq edə bilər. Bu barədə cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Polşa prezidenti Lex Kaçinski ilə birgə keçirilən mətbuat konfransında bildirib. İlham Əliyev bildirib ki, gələcədə ölkələr arasındakı əməkdaşlıq yeni forma ala bilər.

Dövlət başçısı qeyd edib ki, Azərbayacan Polşa ilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, Azərbaycan bir müddət əvvəl Avropa Qonşuluq siyasətinə qoşulub və Avropa İttifaqı ilə Energetika sahəsində memorandum imzalayıb.

İlham Əliyev Polşanın Azərbaycanı bu məsələdə də dəstəkləyəcəyinə ümid etdiyini bildirib. "Azərbaycan qədim neft ölkəsidir və burda çıxarılan neftin həcmi artır. Gələcəkdə isə gündəlik hasilat 60 mln. ton neftə çatacaq",-deyə o bildirib.

İlham Əliyev deyib ki "Şahdəniz" layihəsi nəticəsində ölkədə qaz hasilatı qəfildən artıb. Onlar yaxın zamanlarda Azərbaycan qazının Avropa bazarlarına çatacağına ümid etdiklərini bildiriblər. Dövlət başçısı bildirib ki, Azərbaycan gələcəkdə Polşa ilə bu sahədə əməkdaşlıq edə bilər. Ancaq hazırda ölkənin qarşısında duran məsələ "mavi yanacaq"ın hasilatının artırılmasıdır.

Prezident qeyd edib ki, Polşa ilə əməkdaşlıq mədəniyyət sahəsində də inkişaf edir. O, həmçinin Azərbaycandakı dini tolerantlığı da qeyd edib.

Polşa prezidenti Lex Kaçinski bildirib ki, tərəflər regiondakı vəziyyəti, Avropa İttifaqının mövqeyini və energetika strategiyasını müzakirə ediblər. O, İlham Əliyevi Polşa Respublikasına səfərə dəvət edib.

Qeyd edək ki, dövlət başçıları ilkin olaraq təkbətək və daha sonra geniş tərkibli görüşlər keçiriblər. Görüşlərin yekununda prezidentlər Birgə Bəyannamə imzalayıblar.

Xəbər lenti

Xəbər lenti