...

Azərbaycan prezidenti Bakıda yeni taxıl terminalının açılışında iştirak edib

Siyasət Materials 4 Aprel 2007 13:22 (UTC +04:00)
Azərbaycan prezidenti Bakıda yeni taxıl terminalının açılışında iştirak edib

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Bakıda təntənəli surətdə illik gücü 500 min ton olan taxıl terminalını açıb.

Terminalın tikintisi 6 mln. dollara başa gəlib. Obyektin tikintisi və istismarı üçün bərabər əsaslarla Qazaxıstan-Azərbaycan müəssisəsi yaradılıb. Azərbaycan şirkətləri ilə 50 min ton buğda tədarükü üzrə ilk müqavilə bağlanılıb.

Mütəxəssislərin hesablamalarına görə, terminal və dəyirman tikintisinə sərf olunmuş xərcləri Bakı 5-7 ilə qazanacaq.

Terminalın tutumu 15 min ton təşkil edir.

Azərbaycanın taxıl ehtiyatını ödəməkdən savayı, burdan digər ölkələrə, xüsusilə Avropaya məhsul ixrac olunacaq. Hazırda müəssisədə 60 iş yeri var.

Xəbər lenti

Xəbər lenti