...

Azərbaycan, Qazaxıstan və Gürcüstanın bir sıra beynəlxalq məsələlər üzrə mövqeləri üst-üstə düşür

Siyasət Materials 4 Aprel 2007 18:55 (UTC +04:00)
Azərbaycan, Qazaxıstan və Gürcüstanın bir sıra beynəlxalq məsələlər üzrə mövqeləri üst-üstə düşür

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/ Azərbaycan, Qazaxıstan və Gürcüstanın bir sıra beynəlxalq məsələlər üzrə mövqeləri üst-üstə düşür. Bu barədə çərşənbə günü hökumət başçılarının üçtərəfli görüşündə Qazaxıstanın baş naziri Kərim Məsimov bildirib.

Həmçinin mövqelər yeni qlobal çağırışlara qarşı mübarizə, təhlükələr - beynəlxalq terrorizm, ektremizm və separatizm kimi aktual problematika üzrə də üst-üstə düşür.

"Biz müxtəlif beynəlxalq strukturlar, həmçinin BMT və ATƏT çərçivəsində Azərbaycan, Qazaxıstan və Gürcüstanın məhsuldar əməkdaşlığına şadıq", - deyə K.Məsimov bildirib.

Üç ölkə hökuməti hazırkı əməkdaşlıq səviyyəsindən məmnunluqlarını bildirib və onun daha da genişləndirilməsinin tərəfdarı kimi çxış edib.

Xəbər lenti

Xəbər lenti