...

ABŞ İran hökuməti tərəfindən britaniyalı hərbçilərin azad olunmasını alqışlayır

Siyasət Materials 5 Aprel 2007 17:55 (UTC +04:00)
ABŞ İran hökuməti tərəfindən britaniyalı hərbçilərin azad olunmasını alqışlayır

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ ABŞ İran hökuməti tərəfindən 15 hərbçinin azad olunmasını müsbət qiymətləndirir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik bildirib.

"Biz iranın nüvə proqramı ilə bağlı məsələni sülh yolu ilə həll etmək niyyətindəyik və İrana hücum planlaşdırmırıq". Henikin sözlərinə görə, əgər diplomatik səylərin tarixinə baxılsa, bunun genişləndiyini görmək olar. "BMT TŞ İrana qarşı bir neçə qətnamə və sanksiya çıxarıb".

Henikin sözlərinə görə, ABŞ İranın məsələnin həll olunması üçün, nəhayət, diplomatik addımlar atacağını gözləyir.

Xəbər lenti

Xəbər lenti