...

Azərbaycan Prezidenti Rusiyanın regional inkişaf nazirini qəbul edib

Siyasət Materials 6 Aprel 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev cümə günü Rusiya Federasiyasının regional inkişaf naziri Vladimir Yakovlevi qəbul edib.

Dövlət başçısı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Regional iqtisadi əlaqələrin genişləndiyini vurğulayan İlham Əliyev müxtəlif qurumlar arasında əlaqələrin və qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Rusiyalı nazir Vladimir Yakovlev eks-prezident Heydər Əliyevlə görüşlərini xatırlayaraq ölkələrarası əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğunu deyib, əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti