...

Bir qrup gənc Azərbaycanın Daxili İşlər Nazirliyi qarşısında aksiya keçirib

Siyasət Materials 16 Aprel 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Dalğa" Gənclər Hərəkatının fəal üzvləri bazar ertəsi Azərbaycan Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Gənclər Güney Azərbaycan Milli Hərəkatının fəalı Hadi Musəvinin DİN-in Miqrasiya İdarəsi tərəfindən aprelin 7-də Azərbaycandan deportasiya edilərək İrana təhvil verilməsinə etiraz edirlər.

DİN-in binası qarşısına toplaşan gənclər dinc aksiyaya cəhd göstəriblər. Onlar "Biz insanları İrandan qorumalıyıq!", "Hadi Musəvinin taleyi???" şüarları yazılmış plakatlar nümayiş etdiriblər. Aksiyaçılar İrana etiraz bəyanatı oxuyublar.

Səbail rayon doqquzuncu polis bölməsinin əməkdaşları səkkiz nəfər gənci saxlayıb.

Xəbər lenti

Xəbər lenti