...

Azərbaycan prezidenti kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 20 Aprel 2007 20:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev cümə günü "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncam imzalayıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Sərəncamda deyilir ki, Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. "Xalqımızın yaratdığı qiymətli tarixi- mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır".

Sərəncamda qeyd edilir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində fonlarında 4 milyondan artıq kitabın mühafizə olunduğu kitaxana və onların filiallarını birləşdirən kitabxana sistemləri bütünlüklə dağıdılıb.

Dövlət başçısı ölkədə kitabxanaların fəaliyyətini canlandırmaq üçün Azərbaycan Mədəniyyət və Turizm, Rabitə və İnformasiya nazirliklərinə, yerli icra hakimiyyəti orqanlarına və digər qurumlara müvafiq tapşırıqlar verib, Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yarıdılıb istifadəyə verilməsini, 2008-2013-cü illərdə kitabxanaların inkişafı ilə bağlı dövlət proqramı hazırlanmasını tapşırıb.

Xəbər lenti

Xəbər lenti