...

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri beynəlxalq konfransda iştirak edəcək

Siyasət Materials 26 Aprel 2007 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Almaniyanın "Marşal fondu"nun təşəbbüsü ilə aprelin 28-dən 30-dək Brüsseldə beynəlxalq forum keçiriləcək. Bu barədə cümə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Forumda Qara dəniz regionunun perspektivləri, Britaniyada siyasi vəziyyət, Fransada növbəti prezident seçkiləri, Avropa və Şimali Afrika əlaqələri, Mərkəzi Asiyada stabillik yaradılması, alternativ enerji mənbələri, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və bir sıra digər məsələlər müzakirə olunacaq.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov forumda iştirak etmək üçün aprelin 27-də Brüsselə yola düşəcək.

Xəbər lenti

Xəbər lenti