...

Azərbaycanda yol təhlükəsizliyinin gücləndirilməsi üçün xüsusi qruplar yaradılıb

Siyasət Materials 3 May 2007 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Daxili işlər naziri Ramil Usubov Azərbaycanda "Yol təhlükəsizliyinin gücləndirilməsi"nə dair sərəncam imzalayıb və sərəncama əsasən DİN-in Baş Dövlət Yol Polisi, Bakı şəhər Dövlət Yol Polisinin idarələri səviyyəsində xüsusi qruplar yaradılıb. Bu barədə cümə axşamı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Nəqliyyatın təhlükəsizliyinin təmini və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, şöbə rəisləri səviyyəsində yaradılan xüsusi qrup tərəfindən yol qəzalarının sayının azaldılması məqsədilə istirahət günləri gecəyarısına qədər reydlər keçirilir. Artıq aparılan reydlər nəticəsində 150-dən artıq avtomobil cərimə meydançalarına aparılıb.

Əsədov bildirib ki, reydlər əsasən yol qəzaları zamanı azyaşlı uşaqların ölüm və xəsarət faktlarının azaldılmasına xidmət edir.

Bu ilin birinci rübündə azyaşlı uşaq ölümü və xəsarəti ilə nəticələnən 37 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə altı uşaq ölüb, 37-si yaralanıb.

Xəbər lenti

Xəbər lenti