...

Bakıda GUAM ekspertlərinin görüşü keçirilir

Siyasət Materials 3 May 2007 16:47 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/"Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM"ın Milli Koordinatorlar Komitəsinin növbəti iclasının gündəliyi bu gün Bakıda təşkilatın ekspertlərinin görüşündə hazırlanır. Bu barədə cümə axşamı Kiyevdən telefon vasitəsilə Azərbaycanın Ukraynadakı səfirliyinin məsləhətçisi Səbuhi Təmirov məlumat verib.

4-5 may tarixdə Azərbaycanın paytaxtında keçiriləcək milli koordintorların iclasının gündəliyi layihəsində Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova xarici işlər nazirliklərinin ekspertləri təşkilatın katibliyinin açılışı və daha sonra milli koordinatorların nəzərdən keçirəcəyi bir sıra təşkilati məsələlərə baxılacaq, deyə diplomat məlumat verib.

Koordinatorların iclasında Gürcüstanın xarici işlər nazirinin müavini Valeri Çeçelaşvili, Ukraynanın xarici işlər nazirinin müavini Andrey Veselevski, Moldovanın xarici işlər və Avropa inteqrasiyası nazirinin müavini Valeriu Ostalep və Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun iştirak edəcəyi gözlənilir. Milli Koordinatorlar Komitəsi həmçinin qarşıdan gələn xarici işlər nazirləri Şurasının iclası (17-18 iyun) və Bakıda GUAM dövlət başçılarının növbəti sammitinə (19 iyun) hazırlıq məsələlərini nəzərdən keçirəcək.

Xəbər lenti

Xəbər lenti