...

Azərbaycanda qaçırılan avtomobil aşkarlanıb

Siyasət Materials 5 May 2007 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları 11 il öncə qaçırılan avtomobili tapıb. DİN-in mətbuat xidmətindən şənbə günü bildiriblər ki, Bakı-Qazax yolunun 486-cı kilometrliyində Gürcüstan vətəndaşı Məhərrəm Süleymanovun idarə etdiyi "VAZ-2107" markalı, NOD-697 nömrəli avtomaşına nəzarət qaydasında baxış keçirilərkən avtomaşının Bakı şəhər sakini İlqar Məmmədova məxsus olması və 1996-cı il iyun ayının 5-də Səbail rayonu ərazisindən qaçırılması müəyyən edilib. Süleymanov avtomaşınla birgə araşdırmalar aparılması üçün Qazax Rayon Polis Şöbəsinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti