...

Azərbaycan prezidenti və İspaniya kralı qarşılıqlı rəsmi səfərlər edəcəklər

Siyasət Materials 8 May 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev və İspaniya kralı I Xuan Karlos yaxın gələcəkdə qarşılıqlı rəsmi səfərlər edəcək. Bununla bağlı məsələni İspaniya xarici işlər naziri Miqel Anxel Moratinos iyunun 4-5-də Bakıya səfəri zamanı müzakirə etməyi planlaşdırır. Bu barədə Madriddən telefonla Azərbaycanın İspaniyadakı səfirliyinin birinci katibi Anar Məhərrəmov məlumat verib.

Azərbaycan rəhbərliyi ilə görüşlərdə İspaniya XİN rəhbəri prezident və xarici işlər nazirinə İspaniyaya səfər dəvətləri təqdim edəcək. Qeyd edək ki, Moratinos Bakıda prezident Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla danışıqlar aparacaq.

Məhərrəmovun sözlərinə görə, qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafına təkan verir. O bildirib ki, səfərlər zamanı siyasi əlaqələrdən tutmuş humanitar sahədəki əməkdaşlığadək geniş spektrli məsələlərin müzakirəsi gözlənilir.

Diplomat əlavə edib ki, səfərlərin tarixləri diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti