...

Azərbaycanın XİN rəsmisi: "Rusiya üçün Azərbaycanla əlaqələr ermənipərəst məmurların öz dar maraqlarından daha üstün olmalıdır"

Siyasət Materials 16 May 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiyanın RTR kanalındaAzərbaycanın ərazi bütövlüyünü şübhə altına alan fikirlərin yayılmasının rəsmi Moskvanın mövqeyi olmaması barədə açıqlamalar bu ölkənin məsuliyyətdən yayınmaq cəhdidir. İTV-nin məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini, Dağlıq Qarabağ münaqişəsi üzrə prezidentin şəxsi nümayəndəsi Araz Əzimov çərşənbə günü açıqlama verib.

Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov öz mətbuat konfransında bildirib ki, RTR-də Dağlıq Qarabağla bağlı Azərbaycanın ərazi bütövlüyünü şübhə altında qoyan fikirlər səsləndirilməsi rəsmi Moskvanın mövqeyi deyil.

Azərbaycanın nazir müavini Əzimov isə deyib ki, Rusiyalı diplomatın bu açıqlaması yetərli deyil: "Bu, Rusiya rəsmi dairələrinin benyləxalq hüquq normalarını pozduğuna görə öz məsuliyyətindən yayınmaq cəhdidir. Rusiya hökuməti, Xarici İşlər Nazirilyi bilavasitə hansısa məsuliyyəti öz üzərinə götürməkdən boyun qaçırır. Rusiyanın RTR telekanalının siyasi orientasiyası, hüquqi mənsubiyyəti bu qənaətə gəlməyə əsas verir ki, o, rəsmi qurumların mövqeyini əks etdirir. Ona görə də rəsmi kanallarda verilən bəyanatlar Rusiyanın özünə dost ölkə adlandırdığı Azərbaycanın maraqlarına zidd olmamalı, dövlətçiliyini, ərazi bütövlüyünü şübhə altına almamalıdır. Bu mövqeyimizi Rusiyaya bildirdik"-deyə Əzimov bildirib.

XİN rəsmisi onu da deyib ki, Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı Rusiyanın prisipial formada bəyanatlar verməsini, konkret tədbirlər görməsini gözləyir: "Rusiya üçün Azərbaycanla əlaqələrinin əhəmiyyəti hansısa ermənipərəst məmurların öz dar maraqlarından daha üstündür, daha vacib olmalıdır"-deyə nazir müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti