...

Azərbaycan prezidenti Macarıstanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 18 May 2007 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev cümə günü Macarıstanın xarici işlər naziri Kinqa Göntsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xanım Kinqa Gönts Macarıstan-Azərbaycan əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulayaraq səfəri müddətində ölkəmizin müxtəlif strukturları ilə iqtisadiyyat, enerji, kənd təsərrüfatı və bir sıra digər sahələrdə gələcək əməkdaşlıq imkanlarını müzakirə edəcəyini söyləyib. Azərbaycanın Avropa İttifaqının yaxın qonşusuna çevrildiyini vurğulayan qonaq yeni qonşuluq siyasətinin Aİ üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Prezident İlham Əliyev ölkəmizin Macarıstanla münasibətlərə böyük əhəmiyyət verdiyini və əlaqələrimizi müxtəlif sahələrdə daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. O, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu və ölkəmizin qurumun "yeni qonşuluq siyasəti"nə daxil olduğunu bildirib. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun da imzalandığını xatırladan prezident bütün bunların əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti