...

Beynəlxalq böhran qrupunun Qafqaz layihəsinin direktoru Azərbaycana iyunda səfər edəcək

Siyasət Materials 21 May 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.Qasımova/ Beynəlxalq böhran qrupunun Qafqaz layihəsinin direktoru Maqdalena Friçeva Azərbaycana iyunda səfər edəcək. Bu barədə bazar ertəsi Beynəlxalq böhran qrupunun Bakıdakı nümayəndəsi Vüqar Qocayev məlumat verib.

Friçevanın ölkəmizə səfəri mayın üçüncü ongünlüyünə planlaşdırılırdı. "Səfər xanım Friçevanın şəxsi planları ilə əlaqədər təxirə salınıb" - deyə Qocayev bildirib.

Beynəlxalq böhran qrupu - qeyri-kommersiya, müstəqil beynəlxalq təşkilatdır. Qurumun dünya üzrə 130 əməkdaşı var. Beynəlxalq böhran qrupu münaqişələrin proqnozlaşdırılması, anlanması və qarşısının alınması məqsədi ilə yaradılıb. Qurumun mənzil-qərargahı Brüsseldə, nümayəndəlikləri isə Vaşinqton, Nyu-York, London və Moskvada yerləşir.

Hazırda qrupun Əmman, Bişkek, Boqota, Qahirə, Dakar, Düşənbə, İslamabad, Cakarta, Kabil, Nayrobi, Priştina, Seul və Tbilisidə nümayəndəlikləri var. Qurumun əməkdaşları dörd qitənin 50-dən çox ölkəsində fəaliyyət göstərir. Beynəlxalq böhran qrupunun regional mərkəzi Tbilisidə (Gürcüstan) yerləşir.

Xəbər lenti

Xəbər lenti