...

Novruz Məmmədov: "Keşikçi dağ" kompleksi ilə bağlı məsələ bir tərəfin fikri ilə yekunlaşa bizməz" (video)

Siyasət Materials 21 May 2007 15:22 (UTC +04:00)
Novruz Məmmədov: "Keşikçi dağ" kompleksi ilə bağlı məsələ bir tərəfin fikri ilə yekunlaşa bizməz" (video)

Trend in Azərbaycan Prezidenti Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla müsahibəsindən hissə

- Azərbaycan prezidentinin Gürcüstana son səfərindən sonra daha bir ərazi -"Keşikçi dağ" kompleksi ilə bağlı məsələ qaldırıldı. Gürcüstan rəsmi açıqlama verdi və bildirdi ki, iki ölkə prezidenti kompleksin Gürcüstana verilməsi barədə razılaşmaya gəliblər. Azərbaycan tərəfi buna razılıq veribmi?

- Mən çox təəssüf edirəm ki, Azərbaycan jurnalistləri özlərini çox zaman təcrübəsiz və qeyri-peşəkar göstərirlər və daha çox dedi-qoduya uymağı sevirlər. Belə bir məlumat əks tərəfdən yayılıb, amma jurnalistlərimiz də yaxşı bilməlidir, siyasətlə maşğul olanlar da bilirlər ki, bu məsələ bir tərəfin fikri ilə yekunlaşa bizməz. Bununla bağlı hər iki tərəfdən komissiyalar var. O komissiyalar yenə də bir araya gəlməlidir. Əgər rəhbərlərin müəyyən mövqeyi varsa, onu ortaya qoyub bir nəticəyə gəlməlidir.

İnsanların beyninə konstruktiv olmayan yanaşma ilə təsir etməyə ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti