...

Milli Məclis "Coğrafi obyektlərin adları haqqında" yeni qanun layihəsi qəbul edib

Siyasət Materials 23 May 2007 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Coğrafi obyektlərin adları haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul olunub. Bildirilib ki, qanunun hazırlanması beynəlxalq normalara uyğundur. BMT-nin də coğrafi adlarla bağlı müvafiq qətnaməsi var. Azərbaycan, Rusiya və Ukrayna nümayəndələrinin təklifi ilə BMT-dəki xüsusi şöbə belə bir qanunun hazırlanmasına razılıq verib. Bundan başqa Ermənistan və Gürcüstan ərazilərindəki Azərbaycan adları dəyişdirilir. Qanunun qəbulundan sonra BMT-də həmin ölkələrin ərazilərində Azərbaycan toponimləri tanınacaq, edilmiş dəyişikliklər isə yalnız həmin ölkələrin ərazisində qəbul olunacaq.

Yeni qanun, həmçinin, ölkə ərazisində coğrafi obyektlərə ad verilməsi, onların köhnə adlarının bərpası, dəyişdirilməsi, habelə, xalqımızın tarixi və mədəni irsinin tərkib hissəsi olan coğrafi obyektlərin adlarının normallaşdırılması, işlədilməsi, qeydiyyatı və qorunub saxlanılması sahəsindəki fəaliyyətin hüquqi əsaslarını müəyyən edəcək.

İclasda həmçinin Ağdam, Tərtər, Beyləqan, Bərdə rayonlarının inzibati ərazi bölgülərinə qismən dəyişikliklər edilib, Masallı rayonunun Ərkivan kəndinə qəsəbə statusu verilib.

Xəbər lenti

Xəbər lenti