...

Azərbaycan prezidenti Fransanın Luvr muzeyinin direktorunu qəbul edib

Siyasət Materials 29 May 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Fransanın Luvr muzeyinin direktoru Anri Luareti qəbul edib. Prezident İlham Əliyev Luvr muzeyinin direktorunun Azərbaycana səfərinin ölkəmizin mədəni həyatında əlamətdar hadisə olduğunu, Luvr muzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Əliyev Luaretin ölkəmizə səfərinin Azərbaycanın mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığının daha da genişləndirilməsi işinə mühüm töhfə verəcəyinə əminliyini söyləyib.Azərbaycana səfərindən məmun qalan Anri Luaret rəhbərlik etdiyi muzeyin Azərbaycan muzeyləri ilə əməkdaşlıq imkanları və gələcək planlar barədə danışıb. Qonaq bu yaxınlarda Luvr muzeyində açılacaq yeni ekspozisiyada Azərbaycanın mədəniyyət nümunələrinin təmsil edilməsində maraqlı olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti