...

Avropa Şurasının baş katibinin müavini: "Uşaqlar kiçik hüquqları olan balaca insanlar deyillər"

Siyasət Materials 1 İyun 2007 12:31 (UTC +04:00)
Avropa Şurasının baş katibinin müavini: "Uşaqlar kiçik hüquqları olan balaca insanlar deyillər"

Azərbaycan, Bakı /müx. Trend A.Qasımova/ Uşaqlar böyüklərə aid vəsaitlərsiz və özlərini müdafiə edə bilməyən kiçik hüquqlara malik balaca insanlar deyillər. Onlar digərlərindən fərqli olaraq müvafiq və sistematik müdafiəyə ehtiyac duyurlar. Bu fikri Strasburqda Avropa Şurasının baş katibinin müavini Mod de Bur Bukuikkio ifadə edib.

Onun sözlərinə görə, UNICEF-dəki Innocenti mərkəzi dəhşətli statistik məlumatlar torplayıb və hesablayıb ki, növbəti 12 ay ərzində dünyanın ən varlı ölkələrində fiziki zorakılıq və laqeydsizlikdən 15 yaşına çatmamış 3,500 uşaq öləcək. Digər hesablamaya görə, ildə bir milyon uşaq beynəlxalq sərhədlər vasitəsilə satılır və hər on uşaqdan biri məktəbdə zorakılıq və təhqirlə üzləşir. "Bu rəqəmlər özünü sivil hesab edən dövr üçün olduqca böyükdür. Məhz buna görə Avropadakı insan hüquqlarının müdafiəçisi olan Avropa Şurası uşaqların hüquqlarının müdafiəsi və zorakılığın dayandırılması məqsədilə kampaniyaya başlayır" - deyə o vurğulayıb.

Bu kampaniya Monakoda 2006-cı il aprelin 4-5-də başlayıb. Bu andan prosesə uşaqlar və gənclər cəlb olunub, onlar bütün konfrans və seminarlarda iştirak edirlər. Böyüklər üçün yaradılan materiallarla paralel olaraq uşaq və yeniyetmələrin tələbatlarına cavab verən materiallar yaradılıb. Xüsusən də bu, onlara öz hüquqlarını anlamağa kömək edən materiallara aiddir. Bunsuz həmin materiallar onlar üçün anlaşılmaz və faydasız olardı.

Proqram üç il davam edəcək və qanunun uşaqlara münasibətdə yanaşmasını dəyişəcək. "Mən elə bir Avropa görmək istərdim ki, məhkəmələrdə uşaqlarla ədalətli davranırlar, onlar həyatlarına birbaşa təsir göstərən proseslərdə iştirak edirlər" - deyə Bukuikkio bildirib. Onun sözlərinə görə, Avropanın insan haqları üzrə Məhkəməsinin qəbul etdiyi qərarlar artıq bu istiqamətdə müəyyən işlər görüb: "Lakin uşaqlara bərabər hüquqlar tətbiq edilməsini istəyiriksə, onda daha çox işlər görmək lazımdır".

Bukuikkionun fikrincə, Avropa Şurası seksual istismar əleyhinə konvensiyanın yaradılmasına yaxınlaşır. Bu konvensiyanın məqsədi Avropa ölkələrini zorakılığa qarşı mübarizədə gücləndirməkdir: "Çox güman ki, bunun üçün hər bir ölkənin qanunvericiliyinə ekstra-ərazilik haqda qanun əlavə etmək lazımdır. Yəni bu o deməkdir ki, ölkə vətəndaşları kənar dövlətlərdə uşaqların hüquqlarını pozsalar, vətənlərinə döndükdə məhkəmə iddiası ilə üzləşə bilər. Digər vacib şərt - müddət haqqında qanunun qəbul edilməsidir. Belə olan halda hüququ pozulmuş uşaq sonradan da məhkəməyə şikayət edə biləcək".

Xəbər lenti

Xəbər lenti