...

Sentyabrda müxalifət partiyaları arasında sazişlər bağlanacaq

Siyasət Materials 2 İyul 2007 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Açıq Cəmiyyət Partiyasının (ACP) bir neçə müxalifət partiyaları ilə ikitərəfli əməkdaşlığı sentyabra təxirə salınıb. Bu barədə partiyanın sədri Akif Şahbazov məlumat verib.

O qeyd edib ki, hazırda yay mövsümü olduğundan partiyalararası danışıqlar, həmçinin əməkdaşlığa dair ikitərəfli sazişlərin bağlanması sentyabrda həyata keçiriləcək. Şahbazovun sözlərinə görə, ACP Müsavat Partiyası, AXCP, Liberal Partiyası, Vətəndaş və İnkişaf Partiyası və digər partiyalarla ikitərəfli sazişlər bağlamağa dair ilkin razılıq əldə edib.

Şahbazov bildirib ki, hazırda ACP ümummilli forumun təşkilinə çalışır.

Sağ mərkəzçi, müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. Bu ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti