...

ACP sədri: "Müxalifət partiyalarını bir araya gətirə bilmirik"

Siyasət Materials 2 İyul 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın mövcud problemlərindən çıxış yollarını tapmaq üçün müxalifətin birliyini təmin etmək mümkün olmur. Bu barədə Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov açıqlama verib.

Şahbazov qeyd edib ki, ACP Azərbaycanın ümumilli problemlərinin müzakirəsinə həsr olunan forumların təşkilinə çalışır. Lakin siyasi qüvvələrin birliyinə nail ola bilmir: "Azərbaycanda bir partiya mövcud ictimai-siyasi vəziyyətə təsir göstərmək, dəyişdirmək imkanında deyil. Ona görə də bütün ictimai-siyasi qüvvələrin təşkilatlanması, sıx əməkdaşlığı lazımdır. Lakin ümumilli problemlərin müzakirəsi üçün milli forumların təşkili üçün müxalifət partiyalarını bir araya gətirə bilmirik"-deyə Şahbazov qeyd edib.

O, ACP-nın artıq bir dəfə Forum təşkil etdiyini, indi isə digər partiyalara növbə çatdığını deyib.

Sağ mərkəzçi, müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycan parlamentinin eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. Bu ilin fevralınadək ADP-nin sədri olmuş Rəsul Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti