...

Bakıda GUAM Gənclər Günləri keçiriləcək

Siyasət Materials 7 Avqust 2007 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend S.Ağayeva/ Bakıda GUAM Gənclər Günləri keçiriləcək.

"Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM"ın gənclər təşkilatlarının nümayəndələri sentyabrda Bakıda GUAM Gənclər Günləri çərçivəsində bir araya gələcəklər.

Bu barədə qurumun katibliyindən məlumat veriblər.

Müvafiq qərar 2006-ci ilin noyabrında "GUAM ölkələrinin gənclər forumu" beynəlxalq gənclər ictimai təşkilatlarının I konqresində qəbul olunub. Gənclər Günlərində GUAM-ın bütün üzv-ölkələrindən namizədlərin iştirakı gözlənilir.

GUAM ölkələrinin Gənclər Forumunun yaradılması və Gənclər Günlərinin keçirilməsi təşəbbüsü Azərbaycanın gənclər qurumlarına məxsusdur.

Xəbər lenti

Xəbər lenti