...

GUAM milli koordinatorları XİNŞ toplantısının gündəliyini hazırlamaq üşün Bakıda görüşəcəklər

Siyasət Materials 11 Avqust 2007 11:02 (UTC +04:00)
GUAM milli koordinatorları XİNŞ toplantısının gündəliyini hazırlamaq üşün Bakıda görüşəcəklər

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Sentyabrın 20-21-də Bakıda "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" Milli Koordinatorlar Şurasının 7-ci toplantısının keçirilməsi nəzərdə tutulur. Toplantının gündəliyində GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) BMT Təhlükəsizlik Şurasının 62-ci sessiyası çərçivəsində keçiriləcək 4-cü toplantısının hazırlanması durur. Bu barədə cümə günü telefonla Kiyevdən Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Səbuhi Temirov məlumat verib. Temirov bildirib ki, nazirlərin görüşünün tarixi hələ razılaşdırılmayıb. BMT Təhlükəsizlik Şurasının 62-ci sessiyasında dondurulmuş münaqişələrin dünya təhlükəsizliyi və inkişafı üçün nəticələri, hərbi toqquşma və Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı məsələlərin müzakirəsi gözlənilir.

GUAM baş katibi Valeri Çeçalaşvilinin daha öncə Trend ə bildirdiyinə görə, GUAM ölkələrindəki dondurulmuş münaqişələrlə bağlı qətnamə layihəsinin BMT TŞ-nin müzakirəsinə çıxarılması ilə bağlı məsələyə sentyabrın əvvəlində baxıla bilər. Dnestryanı, Dağlıq Qarabağ, gürcü-abxaz problemləri haqqında qətnamə layihəsi 2006-cı ilin sonunda hazırlanaraq BMT Baş Assambleyasının gündəliyinə çıxarılmışdı. Lakin daha sonra elə GUAM nümayəndələrinin özləri tərəfindən bu məsələ gündəlikdən çıxarılıb.

Milli koordinatorların görüşü ərəfəsində sentyabrın 18-19-da Bakıda həmçinin təşkilata üzv ölkələrin XİN ekspertlərinin görüşü keçiriləcək. Diplomat bildirib ki, siyasi cəhətdən qarşılıqlı fəaliyyət məsələlərinə baxılması və daha öncə baxılmış məsələlərin müzakirə olunacağı gözlənilir.

GUAM formatı postsovet ölkələri tərəfindən 1997-ci ildə Strasbuqrda Avropa İttifaqı dövlət başçılarının sammitində MDB-yə alternativ olaraq yaradılıb. 1999-cu ildə Özbəkistan formata daxil olsa da, 4 il sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə keçirilən ilk sammitdə GUAM-ı yeni - "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" adı altında beynəlxalq təşkilat elan etmək barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti