...

AMİP növbəti dəfə Nazirlər Kabineti qarşısında etiraz aksiyası təyin etdi

Siyasət Materials 28 Avqust 2007 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyası hökumətin yürütdüyü tarif siyasətinə etiraz olaraq sentyabrın 7-də Nazirlər Kabineti qarşısında piket keçirməyə qərar verib. Bu barədə Trend ə çərşənbə axşamı AMİP-dən məlumat verilib.

Partiya Azərbaycanda qiymət artımına etiraz edir və ölkənin tarif siyasətinə yenidən baxılmasını tələb edir.

AMİP-in avqustun 28-də Nazirlər Kabineti qraşısında etiraz aksiyası keçirməsinə Bakı şəhər İcra hakimiyyəti icazə verməyib. Partiya polislərlə qarşıdurmaya, siyasi sabitliyin pozulmasına səbəb olmamaq üçün piketi təxirə salıb.

Partiya çərşənbə axşamı - avqustun 28-də yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Müraciətdə Azərbaycan Konstitusiyasının 49-cu maddəsinin 2-ci bəndi əsas gətirilərək, sentyabrın 7-də saat 13.00-da Nazirlər Kabinetinin binası qarşısında keçiriləcək piketin təhlükəsizliyinin qorunması xahiş olunur.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti