Azərbaycan, Bakı, 14 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Musiqili Komediya Teatrı müxtəlif layihələr üzərində işləyir. Bu haqda "TrendLife"a teatrın direktoru Elxan Ocaqov xəbər verib. Onun sözlərinə görə: "Hazırda Ukrayna, Rusiya, Gürcüstan teatrları ilə danışıqlar aparılır. Danışıqlar qastrollar barədədir. Əlbəttə ki, maliyyə nöqteyi-nəzərdən bütün truppanı qastrola götürmək bir az problem yaradacaq. Məhz buna görə də müxtəlif layihələr üzərində düşünürük. Çünki maliyyə problemi üzündən teatr uzun illərdir ki, ölkədən kənarda çıxış edə bilmir. Bu il isə bu problemi çözməyə çalışaçağıq".