...

ABŞ səfiri Azərbaycan hökumətini ölkədə söz azadlığının təmin olunması üzrə öhdəliklərə əməl etməyə çağırıb

Cəmiyyət Materials 25 Sentyabr 2007 17:31 (UTC +04:00)
ABŞ səfiri Azərbaycan hökumətini ölkədə söz azadlığının təmin olunması üzrə öhdəliklərə əməl etməyə çağırıb

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Mətbuatın azadlığı ilə bağlı ABŞ-ın mövqeyi kifayət qədər açıqdır. Jurnalistlər öz fikrilərinin azad ifadəsinə görə türmələrdə olmamalıdırlar. Avropa İnsan haqları Konvensiyasına əsasən, Azərbaycanın Cinayət Məcəlləsindən böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan maddəni çıxarmaq lazımdır. Azərbaycan KİV-nin yeddi jurnalisti böhtan və təhqirdə ittiham olunaraq, həbsdədir. Onların arasında "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru, müxalifətin "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və həmin qəzetin əməkdaşı Yaşar Ağazadə, "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu, müstəqil jurnalist Rafiq Tağı, "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit və "Noto-Bene" qəzetinin əməkdaşı Fərəməz Allahverdiyev var.

Həbs olunan jurnalistlərin sayına görə, Azərbaycan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkə arasında ən yüksək sırada durur.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyevə aprel ayında Təşkilatın söz azadlığı üzrə nümayəndəsi Mikloş Xaraşti bildirmişdi. Parisin KİV məsələləri üzrə təşkilatı "Sərhədsiz reportyorlar" bir müddət öncə Azərbaycanı "mətbuatın qəddar düşmənləri"siyahısında lider edib.

Beynəlxalq hüquq müdafiə qrupları və mətbuatın azadlığı üzrə təşkilatlar, Birləşmiş Ştatlar və Avropa İttifaqı, birmənalı olaraq, Azərbaycan hökumətini həbsdə olan bütün jurnalistləri azad etməyə və KİV nümayəndələrinin cinayət təqibini qadağan edən qanun qəbul etməyə çağırır.

ABŞ səfiri də, həmçinin, Azərbaycan hökumətini ölkənin Avropa qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.

"Bu, söz azadlığı və demokratiyanın inkişafında hərəkətverici amil ola bilər. Ölkə hakimiyyəti, yerli icra hakimiyyətləri və vətəndaş cəmiyyəti jurnalistlərlə bağlı vəziyyətin həll olunması mexanizminin hazırlanması üçün birgə işləməlidirlər",-deyə səfir bildirib.

"Həbs olunmuş jurnalistlərin taleyi onları əfv edə biləcək dövlət başçısından asılıdır",-deyə öncə Trend ə Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdi. Onun sözlərinə görə, ayrı-ayrı jurnalistlərə aid olan faktları ümumilikdə ölkədə olan vəziyyətə aid etmək olmaz.

Xəbər lenti

Xəbər lenti