...

Aşıqlar Birliyinin sədri Zümrüd Məmmədova: "Kamran Həsənli səhvini etiraf etdi"

Cəmiyyət Materials 2 Oktyabr 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /müx. "TrendLife" Günel Əhmədova/ Bir müddət əvvəl müğənni Yeganənin "Boylana-boylana" mahnısında aşıqları məsxərəyə qoyan şoumen Kamran Həsənli ilə Aşıqlar Birliyi arasında olan ziddiyyət aradan qalxıb. Aşıqlar Birliyinin sədri Zümrüd Məmmədovanın "TrendLife"a verdiyi məlumata görə, şoumen səhvini etiraf edib və aralarında barışıq olub. Xatırladaq ki, sözügedən klip efirə getdikdən sonra tərəflər arasında mübahisə yaranmışdı. Həsənli barəsində deyilənlərlə razılaşmayaraq, əməlində heç bir yanlışlıq olmadığını söyləmişdi. Hazırda mahnının ifaçısı Yeganənin məsələ ilə bağlı məhkəmədə işinə baxılır.

Xəbər lenti

Xəbər lenti