Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Sankt-Peterburq Dövlət Universitetində azərbaycanlı tələbələrdən ibarət "Gənclər klubu" yaradılacaq. Bu barədə çərşənbə axşamı Trend ə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.
Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu Qüdsi Osmanov Sankt-Peterburq Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə şöbə müdiri V.Aleksandrova, beynəlxalq əlaqələr fakültəsinin dekanı K.Xudoley, hüquq fakültəsinin dekanı N.Kropaçev, tarix fakültəsinin dekanı A.Dvorniçenko ilə işçi görüş keçirib. Görüşdə Sankt-Peterburq Dövlət Universitetində oxuyan azərbaycanlı tələbələrin təhsil səviyyəsi ilə bağlı məsələlər müzakirə olunub. Yaxın zamanda Universitetin nəzdində azərbaycanlı tələbələrdən ibarət "Gənclər klubu"nun yaradılmasına dair razılıq əldə olunub.