...

"Yeni Ulduz" finalçısı Aydın: "Bakıda "Yeni ulduz" müsabiqəsinin seçim turuna start verildi"

Cəmiyyət Materials 4 Oktyabr 2007 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Bir çoxlarınız xəbərdarsız ki, "Yeni Ulduz-7" mahnı müsabiqəsinə start verilib. İstedadına güvənən gənclər, həm səs imkanlarını göstərmək, həm də 10 min manatı qazanmaq niyyəti ilə yol alırlar bir başa "Azad Azərbaycan" tele-radio şirkətinin yerləşdiyi binanın qarşısına. Deyə bilmərik, bu istəkləri nə dərəcədə real olub, onları professional səhnənin işıqları altına gətirib çıxaracaq.Bu sualı zamana buraxıb, sözügedən yarışmanın qaliblərindən biri kimi tanınan ifaçını sizlərə təqdim edirik. Adı Aydın olan bu gənc deyir ki, "Yeni Ulduz" müsabiqəsi ona çox şey verib: "Bu müsabiqə, demək olar ki, bütün həyatımı dəyişdi. Yolumun "Yeni Ulduz"dan keçməsi, mənə hədsiz dərəcədə qürur verir. İndi isə solo karyeramı qurmaqla məşğulam. Özüm barəsində deyə bilərəm ki, bu ildən Mədəniyyət və İncəsənət Univesitetinin "televiziya rejissorluğu" ixtisasına qəbul olmuşam. Hardasə, peşəkar rejissor kimi dedektiv janrında olan bir filmi ekranlaşdırmaq arzusu məni bu ixtisasa yiyələnməyə vadar etdi desəm, daha doğru olar".

Aydın, "ulduz" olmaq istəyən hər kəsi bu müsabiqəyə qoşulmağa çağırmağı da unutmadı: "Bu nə reklamdır, nə də ki, yaltaqlıq. "SOY" prodakşınla "ATV"nin birgə layihəsi olan "Yeni Ulduz" mahnı müsabiqəsi həqiqətən bir neçə gənci tanıdıb. Ona görə də, istedadına arxayın olanlar, verilən bu şansdan yararlansalar, peşman olmazlar".

Xəbər lenti

Xəbər lenti