...

Hakimliyə namizədlər müxtəlif məhkəmələrdə staj keçəcəklər

Cəmiyyət Materials 8 Oktyabr 2007 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Hakimliyə namizədlər müxtəlif məhkəmələrdə staj keçəcəklər.

Məhkəmə-Hüquq Şurası bazar ertəsi namizədlərlə tədris kurslarına başlayıb. MHŞ-dən Trend ə verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədov "Məhkəmə sisteminin təkmilləşdirilməsi, problemləri" mövzusunda mühazirə ilə çıxış edib, məhkəmə-hüquq islahatları, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev "Məhkəmə hakimiyyətinin rolu və hakimin statusu" mövzusunda mühazirə söyləyib. Ali Məhkəmə sədri məhkəmə sistemində nəzəri və peşə hazırlığı ilə yanaşı, yüksək insani keyfiyyətlərinə, mənəvi təmizliyinə, ədalətliliyinə və qərəzsizliyinə görə fərqlənən şəxslərin təmsil edilməsinin zəruriliyini vurğulayıb.

Yarım il davam edəcək kursun proqramına ən aktual, o cümlədən insan haqları, korrupsiya, məhkəmə etikası və digər məsələlərə dair mövzular daxil edilib, yüksək məhkəmə hakimlərinin, alimlərin, xarici mütəxəssislərin mühazirələri nəzərdə tutulub.

Hakimliyə namizədlərlə keçirilmiş test üsulu ilə və yazılı imtahanları müvəffəqiyyətlə vermiş 188 nəfər, hakimliyə namizədlə açıq şəkildə keçirilmiş imtahanların nəticələri üzrə uğur qazanmış 102 nəfər növbəti mərhələyə - ilkin uzunmüddətli tədris kursuna buraxılıb.

Xəbər lenti

Xəbər lenti