...

Rafael və Coşğunu ulduzlar yox, uşaq evinin sakinləri təbrik edəcəklər

Cəmiyyət Materials 15 Oktyabr 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

"Bu şəhərdə"-nin kollektivi, Rafael və Coşğun noyabrın 1-dən 5-nə kimi konsert verəcək. Layihənin rəhbəri və prodüseri Müşfiq Abbasovun TrendLife-a verdiyi məlumata görə, "Bu şəhərdə"nin bu dəfəki konsertində onları təbrik edən ifaçılar az olacaq. "Bizə Bakı uşaq evlərinin rəhbərliyindən müraciət ediblər. Həmin uşaq evlərində çoxlu istedadlı uşaqlar var. Müğənnilərin reklam olunmaq üçün imkanları çoxdur. Lakin uşaqlar bunu edə bilmirlər. Düşünürəm ki, tamaşaçılar uşaqları daha yaxşı başa düşərlər. Mən artıq bir neçə çıxışa baxmışam. Çox xoşuma gəlib. Onu da qeyd edim ki, tamaşaları 2 və 3 saylı uşaq evlərinin sakinləri təqdim edəcəklər."

Xəbər lenti

Xəbər lenti