Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan Mühafizəkarlar Partiyasının lideri, Parlamentin deputatı Zviad Dzidziquri hesab edir ki, Azərbaycanda Gürcüstan və Azərbaycan arasında münasibətlərin pisləşməsində maraqlı olan qüvvələr mövcuddur. Bu barədə o, Gürcüstan Parlamentinin birifinqində gürcüstanlıların yaşadığı Sainqilo kəndində (Azərbaycanın Qazax rayonu) gürcü pravoslav kilsəsinin bağlanmasını şərh edərkən bildirib.
Deputat, həmçinin Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə iki ölkə arasında maneəyə çevrilən David Qareci monastr kompleksini xatırladıb.
Bununla yanaşı o, qeyd edib ki, Gürcüstanda azərbaycanlıların yaşadığı rayonlarda, məsələn Bolnisidə müsəlmanlara yerli məscidlərdə ibadət etmək imkanı yaradılıb.
"Gürcüstanda azərbaycanlıların hüquqları qorunur, lakin söhbət Azərbaycanda yaşayan həmvətənlərimizdən getdikdə, onların hüquqları açıq-açığına pozulur" - deyə Dzidziquri bildirib. O, bu kimi vəziyyətlərin yaranmasına imkan verilməsinin yenə də, Gürcüstan hakimiyyətinin yerində olmamasında xəbər verdiyin qeyd edib.