...

Bəhram Bağırzadə: "Mən kral deyiləm"

Cəmiyyət Materials 18 Oktyabr 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

"Planeta Parni iz Baku" tetatrının əvəzolunmaz aktyorlarından olan Bəhram Bağırzadə, tamaşaçılarının ona verdikləri titulla qətiyyən razılaşmır. Deyək ki, "6 günlük dünya" tamaşalarının nümayişi zamanı, TrendLife olaraq apardığımız sorğu zamanı "KVN" üzvlərindən kimi kral görürsünüz?"-sualımıza ən çox məhz Bəhramın pərəstişkarları cavab verdilər. Ümumi istəkləri nəzərə alıb, bu qənaətə gəldik ki, Bəhram bütün həmkarlarını qabaqlayıb, bu illər ərzində ən rəğbət olunan iştirakçı titulunu kimsə ilə paylaşmır. Amma, bu nəticəni Bağırzadənin özünə söyləyən zaman o, təvazökarlıq edib, ayrı- seçkliyə qarşı çıxdı: "Bu komandadakı aktyorların bir çoxları ilə, demək olar, lap uşaqlıqdan tanışıq və dostluğumuz var. İstəməzdim, ayrı- seçkilib salıb, "Kral" titulunu öz adımla bağlayım. Zənnimcə, "Planeta Parni iz Baku" tetatrının bütün iştirakçıları əvəzolunmaz aktyorlardır və onların hər biri öz-özlüyündə liderdir. O ki qaldı mənə, tam səmimiyyətimlə söyləyirəm ki, Mən "kral" deyiləm. Qoy bəhramsevərlər bu sözlərimdən inciməsinlər. Belə götürəndə isə, "Kral" titulundan, ümumiyyətlə, xoşum gəlmir".

Xəbər lenti

Xəbər lenti