...

Cəm ş id Nax çı vanski yə həsr olunmuş kitabın təqdimatı keçirildi

Cəmiyyət Materials 22 Oktyabr 2007 23:07 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyində rusiyalı tarixçi-alim Rudolf İvanovun general Cəmşid xan Naxçıvanski haqqında qələmə aldığı rus dilində nəşr olunan "Sovet İttifaqı adından" kitabının təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə akademik İsmayıl Hacıyev İvanovun yeni çapdan çıxan kitabı haqqında geniş məlumat verdi. O, bildirdi ki, Rusiyalı alim bundan əvvəl də Naxçıvan xanları haqqında iki kitabı-"Bəyazidin fəthi: həqiqət və yalan", "Əlahəzrətin general adyudantı" nəşr olunub.

836 səhifəlik növbəti kitabda isə Cəmşid xan Naxçıvanskinin həyat və fəaliyyəti 700-dən çox arxiv sənədləri əsasında araşdırılmışdır.

Təqdimat mərasimində Naxçıvan muxtar respublikası Ali məclisinin sədri Vasif Talıbov çıxış edərək İvanovu bu cür sanballı kitab münasibətilə təbrik etmiş, ona Naxçıvan xanları haqqında Moskva, Sankt-Peterburq və digər şəhərlərdəki arxivlərdə məlum olmayan həqiqətlərin üzə çıxarılmasındakı zəhmətlərinə görə minnətdarlığını bildirdi. Həmçinin Talıbov İvanova bir neçə gün əvvəl verilən Naxçıvan muxtar respublikasının əməkdar jurnalisti döş nişanını təqdim etdi.

Tədbirdə tarix elmləri doktoru, professor, AMEA Tarix institutunun və Naxçıvan dövlət universitetinin fəxri doktoru, kitabın müəllifi Rudolf ivanov çıxış edərək təqdimat mərasiminin təşkilatçılrına minnətdarlığını bildirdi və qeyd etdi ki, o bu kitabı ərsəyə gətirmək üçün Rusiyanın azərbaycanlı alimlərin buraxılmadığı bir çox arxivlərində işləyərək general Cəmşid xan Naxçıvanski haqqında olan bütün sənədləri öyrənmiş, tədqiq etmiş və nəşr etdirmişdir.

Tədbirdə kitabın Azərbaycan dilinə tərcümə olunmasının vacibliyi də vurğulandı.

Xəbər lenti

Xəbər lenti