...

Müğənni Sevda Ələkbərzadə Stiv Vanderlə duet oxumağı arzulayır

Cəmiyyət Materials 30 Oktyabr 2007 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

"8-104" verilişinin bu günkü qonağı müğənni Sevda Ələkbərzadə idi. Verilişin əvvəlində yaradıcılığından söz açan müğənni yeni diskinin Avropada istehsal olunduğunu və bir aydan çoxdur xaricdə satışda olduğunu bildirdi.

"8-104"ün bu günkü buraxılışına göndərilən SMS-lərin çoxunda gənc müğənni Günel Məhərrəmovanın qonaq çağırılması arzulanırdı. Tamaşaçı istəyi ni nəzərə alan aparıcı Nəsib Nur dərhal Günellə əlaqə saxlayaraq, ondan "8-104"ün sabahkı buraxılışına gəlməsinin razılığını aldı.

Bu günkü qonaq Sevda Ələkbərzadə hər bir yaradıcılıq məhsulunun yüksək səviyyədə hazırlanmasına üstünlük verdiyini bildirdi. Tamaşaçılara məlum oldu ki, Sevda "Şəbi- hicran" albomu üzərində düz üç il işləyib.

Daha sonra müğənni tamaşaçılara "Göygöl" mahnısını ərməğan etdi. "Bizim sənət elədir ki, ideya adamın ağlına gözlənilmədən gəlir. Məndə də həmçinin"-deyə S.Ələkbərzadə fəaliyyəti barədə fikirlərini pərəstişkarları ilə bölüşdü.

Verilişə zəng edən tamaşaçılardan biri müğənninin xarici ifaçılardan biri ilə düet oxumağını arzuladı. Tamaşaçı istəyinə münasibət bildirən Ələkbərzadə bunları söylədi: "Mənim istəyim müğənni Stiv Vanderlə duet oxumaqdır. Amma bu, hələ ki arzu olaraq qalır. Mənə Hollandiyadan, Fransanın radiostansiyalarından təklif gəlib. İstəyirlər ki, mahnılarımı həmin radiostansiyalarında səsləndirsinlər."

Xəbər lenti

Xəbər lenti