...

Müğənni Elnarə: "Həmkarım mənim ailəmi dağıtmaq istəyir"

Cəmiyyət Materials 8 Noyabr 2007 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /müx. TrendLife Şahin Cavadsoy/

Həmkarlarından biri? hazırda analıq hissinin ən xoş anlarını yaşayan müğənni Elnarə ilə bağlı xoşagəlməz açıqlama verib. Adının gizli qalmasını istəyən müğənni TrendLife-la söhbətində bildirir ki, Elnarə ailə qurmamışdan əvvəl Röyaya, sonra Xuramana, daha sonra isə Natəvana "sponsorluq" etmiş Rusiyada yaşayan azərbaycanlı iş adamının "arzusunu" gözündə qoyub. Sən demə, həmin "sponsor" bu "missiyasını" Elnarə üçün də gerçəkləşdirmək istəyib. Yəni...

Bu barədə Elnarənin xəbəri olub-olmadığını soruşduqda, müğənni xəbərsiz olduğunu bildirdi: "Xəbərim olsaydı belə, mümkünsüz idi. Mənim o cür sponsora heç vaxt ehtiyacım olmayıb. Qız-qadın üçün ailə hər şeydən üstün və müqəddəsdir. O ki qaldı bu açıqlamanı verən həmkarıma, yəqin ailəmə nifaq salmaq istəyir. Bilsin ki, alınan deyil. Həyat yoldaşım ailə qurmazdan qabaq müğənniliyimi qəbul edib və mənə inanır".

Maraqlı nüansı da vurğulayaq ki, söz-söhbət yaratmaq istəyən müğənnin özü də az müddət əvvəl həmin "sponsorun" süzgəcindən keçib. Hətta digərləri kimi, ona da avtomobil bağışlanıb.

Xəbər lenti

Xəbər lenti