...

"Dərviş" prodüser mərkəzinin rəhbəri Əlisa Cabbarov: "Mədəniyyət və Turizm Nazirliyinin kino idarəsi yalançı sənət adamlarının təzyiqindən əziyyət çəkir"

Cəmiyyət Materials 15 Noyabr 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /müx. TrendLife Eldar Hüseynzadə

Mədəniyyət və Turizm Nazirliyinə bir neçə yeni kinolayihə təqdim olunub. Həmin layihələr üzərində xüsusi komissiya işləyir. Nazirliyə təqdim olunan filmlərdən biri "Buta" adlanır və onu "Dərviş" prodüser mərkəzi istehsal edib. "Dərviş" prodüser mərkəzinin rəhbəri Əlisa Cabbarov TrendLife-a bildirib ki, "Buta" İran üslubunda çəkilmiş poetik kinodur.

"Filmdə balaca bir oğlanın həyatından danışılır. Çox əzablardan keçmiş bu oğlan həyatın gercək üzünü görür. İnanırıq ki, laiyhə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəyəniləcək. Əvvəllər insanlar məmurların özbaşınalıqlarından əziyyət çəkirdilərsə, indi isə hər şey əksinədir. Kino idarəsində çox istedadlı və alicənab insanlar çalışır. Onlar yalançı sənət adamlarının təzyiqindən əziyyət çəkirlər" - deyə Ə.Cabbarov bildirib.

Xəbər lenti

Xəbər lenti