...

2008-ci il Almaniyada "Azərbaycan mədəniyyəti ili" elan olunub

Cəmiyyət Materials 17 Noyabr 2007 15:38 (UTC +04:00)
2008-ci il Almaniyada "Azərbaycan mədəniyyəti ili" elan olunub

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 2008-ci il Almaniyada "Azərbaycan mədəniyyəti ili" elan olunub. Bu barədə şənbə günü Trend ə Maynz-Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür məlumat verib.

Onun sözlərinə görə, gələn il Almaniyanın səkkiz böyük şəhərində "Azərbaycan mədəniyyəti günləri" çərçivəsində müxtəlif tədbirlər keçiriləcək, Azərbaycanın tarixi, mədəniyyəti, qədim irsi təbliğ ediləcək, ölkə almanlara tanıtdırılacaq.

Kömür bildirib ki, bu tədbirlərdə Azərbaycandan rəsmi dövlət nümayəndələri, mədəniyyət, incəsənət xadimləri iştirak edəcəklər.

"Mədəniyyət ili" tədbirlərinin təşkilində Azərbaycanın Xarici İşlər, Mədləniyyət nazirlikləri, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi məşğul olacaq.

Tədbirlər bütün il boyu keçiriləcək.

Xəbər lenti

Xəbər lenti